Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Fransanın ("E5") dövlət və hökumət başçıları NATO ilə Kiyev arasında tərəfdaşlığı dərinləşdirmək istəklərini bəyan ediblər.
Teleqraf xəbər verir ki, birgə bəyanatda qeyd olunur: "NATO və Ukrayna arasında tərəfdaşlığın dərinləşdirilməsinə sadiqliyimizi bir daha təsdiqləyirik. Biz NATO sammitində verilən hərbi dəstək vədlərini, eləcə də JATEC və NSATU kimi NATO təşəbbüsləri vasitəsilə Ukrayna ilə əməkdaşlığın genişləndirilməsini dəstəkləyirlər".