Efiopiyada ilk dəfə insan alverçilərinə ölüm hökmü çıxarılıb
16:51 06.08.2025
Dünya
256
Efiopiyada insan alverinə görə 5 nəfərə ölüm hökmü çıxarılıb. Bu, ölkə tarixində sözügedən cinayətə görə belə ağır cəzanın tətbiq olunduğu ilk haldır.
“Report” xəbər verir ki, bu barədə “Africanews” xəbər portalı məlumat yayıb.
Məlumata görə, beş nəfərdən ibarət qrup Qırmızı dəniz və Yəmən vasitəsilə Afrika buynuzundan Fars körfəzi ölkələrinə iş axtarmaq üçün gedən minlərlə miqrantın istifadə etdiyi marşrut üzrə əməliyyatlarla əlaqədar məhkum edilib.
Qərar əlverişsiz hava şəraiti səbəbindən Ədən körfəzində əksəriyyəti efiopiyalı miqrantlardan ibarət 154 nəfərin olduğu gəminin batması ilə nəticələnən son faciədən sonra verilib. İnsident nəticəsində 86 nəfər ölüb, onlarla insan itkin düşüb. “Africanews” qeyd edib ki, son hadisə miqrantların öz talelərini insan alverçilərinə həvalə etdikləri zaman üzləşdikləri ölümcül təhlükəni bir daha göstərib.
Efiopiyanın ədliyyə orqanları bu qərarı insan alverinə qarşı mübarizədə dönüş nöqtəsi adlandırıblar.
Efiopiyada ölüm hökmü qanunidir, lakin ondan nadir hallarda istifadə olunur: sonuncu belə hökmün həyata keçirilməsindən 10 ildən də çox vaxt keçir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Piyada şəhərin ən üst pilləsində olmalıdır” - Ekspert
15:54 04.05.2026
Aktual
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz