Əfqanıstanda toy vaya döndü: Terror hücumunda 62 nəfər ölüb, 182 yaralı var - FOTO
Ayyət Əhməd
08:12 18.08.2019
Dünya
893
Əfqanıstanın paytaxtı Kabildə dünən gecə toy mərasimində baş verən terror aktında aralarında qadın və uşaqların olduğu 63 nəfər ölüb, 182 nəfər yaralanıb.
Sherg.az xarici mediaya istinadən bildirir ki, hökumət sözçüsü Feruz Beşari Kabilin təhlükəsizlik bölgəsində yerləşən şadlıq sarayı “Qəsri Dubay”da baş verən intihar hücumunda 63 nəfər ölüb, 182 nəfər müxtəlif dərəcədə yaralandığını söyləyib.
Yerli vaxtla saat 22.40-da gerçəkləşən hücumda, intiharçı terrorçu üzərində olan bombanı uşaqların və toyda iştirak edənlərin əyləndiyi səhnəyə yaxın yerdə partladıb.
Əfqanıstan Prezident Adminstrasiyasının sözçüsü Sadiq Sıddıki “Twitter”də yazaraq terror hücumunu qınayıb: “Kabildə toy salonunda baş verən terror aktı hamımızı dərindən üzdü. Bu xalqımıza qarşı törədilən mənfur cinayətdir. Bir insana dərs verərək “get özünü toyda partlat” demək necə mümkün ola bilər?” – deyə Adminstrasiya rəsmisi vurğulayıb.
Terror aktını hələlik heç bir qruplaşma üzərinə götürməyib. Bu arada terror təşkilatı olan Taliban da hücumu qınayan açıqlamalar yayıb.
Qeyd edək ki, şadlıq evinin yerləşdiyi küçədə avqustun 7-də təhlükəsizlik qüvvələrinə terror hücumu edilmişdi. Bu zaman 14 nəfər ölüb, ətrafda olan əksəriyyəti mülki şəxslərdən ibarət 145 nəfər yaralanmışdı.
Terror hücumlarının son dönəmlərdə ABŞ ilə Taliban arasında sülh danışıqlarının aparıldığı vaxtda baş verməsi diqqət çəkir.
Amerikalı yetkililər ilə Taliban təmsilçiləri arasındakı danışıqlarda Əfqanıstanda 18 ildir davam edən atəşin dayandırılmasına yaxın olunduğu, hətta avqustun sonlarında anlaşmanın ilkin detallarının qəbul ediləcəyi bildirilir.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm