
Əfşar Süleymani: İran üçün xarici siyasətdə balans və diplomatik əlaqələri tənzimləmək həyati əhəmiyyət kəsb edir
14:07 23.01.2025
Dünya
700
İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib ki, əgər İran həqiqətən nüvə silahı yaratmaq istəsəydi, bunu çoxdan edərdi. Nüvə silahları beynəlxalq səviyyədə nəzarət edilən obyektlərdə deyil, gizli laboratoriyalarda hazırlanır. İslam Respublikasının nüvə bombası yaratmağa bir neçə gün qaldığını iddia edənlər Tehranı ən azı 15 il nüvə silahı əldə etməkdən uzaqlaşdırmağa hesablanmış nüvə danışıqlarını niyə alqışlamadılar?
BMT-nin Baş katibi Antonio Quterreş isə deyib ki, ümid edirəm ki, iranlılar nüvə silahı əldə etməkdən əl çəkəcəklərini birdəfəlik bəyan etməyin vacibliyini başa düşəcəklər. O həmçinin "Tehran bölgə ölkələri və ABŞ-la münasibətlərin normallaşdırılması üçün ilk addımı atmalıdır" - deyə bildirib.
Sözügedən açıqlamaları "Sherg.az"a şərh edən İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bildirib ki, görünür Zərif bəy o sözü deməklə Qərbin nüvə silahları ilə bağlı İrana təzyiqlərinin haqsız olduğunu ifadə etmək istəyib:

"İranın nüvə proqramı uzun illərdir beynəlxalq gündəmin əsas mövzularından biridir. Hətta BMT Təhlükəsizlik Şurasının 33-21 saylı qətnamə qəbul edib. Hazırda tətbiq edilən sanksiyalara görə İranın beynəlxalq iqtisadi əlaqələri ciddi şəkildə məhdudlaşıb. ABŞ və onun müttəfiqləri belə şəritdə Tehran üzərinə təzyiqləri artırmağa çalışırlar. İran isə nüvə proqramının tamamilə dinc məqsədlərə xidmət etdiyini bəyan edir. Rəsmi Tehran bildirir ki, onların hazırda 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatı var və bu proses beynəlxalq müşahidəçilərin gözü önündə baş verir. İran Xarici İşlər Nazirliyi dəfələrlə bəyan edib ki, nüvə silahı əldə etmək niyyətində deyil və MAQATE-nin nəzarəti çərçivəsində bütün fəaliyyətlərini şəffaf şəkildə təqdim edir. Lakin bəzi Qərb analitikləri və siyasətçiləri İranın potensial olaraq nüvə silahına yaxınlaşa biləcəyini iddia edirlər".
Müsahib əlavə edib ki, İran daxilində bu məsələyə dair fərqli yanaşmalar var:
"Bəzi siyasi dairələr hesab edir ki, ABŞ-la birbaşa danışıqlar aparmaq faydalı olar, digərləri isə Vaşinqtona etibar etməyin təhlükəli olduğunu vurğulayır. Xüsusilə, Trampın yenidən hakimiyyətə gəlmək ehtimalı bu diskussiyaları daha da gücləndirib. Tramp administrasiyasının İranla yeni bir nüvə razılaşması əldə edib-etməyəcəyi hələ də qeyri-müəyyəndir. Mən hesab edirəm ki, biz ABŞ ilə danışıqlar aparmalıyıq və bu danışıqlar təkcə nüvə məsələsi deyil, eyni zamanda İranın regional siyasəti, ballistik raket proqramı və digər geosiyasi məsələlər də müzakirə predmeti olmalıdır. Açığı beynəlxalq siyasi vəziyyət də İranın seçimlərini məhdudlaşdırır. Rusiya və Çin Tehrana bəzi siyasi və iqtisadi dəstəklər versələr də, onların bu mövzuda qəti və davamlı mövqeyi müşahidə olunmur. Buna görə də, İran üçün xarici siyasətdə balans yaratmaq və müxtəlif güclərlə diplomatik əlaqələri tənzimləmək həyati əhəmiyyət kəsb edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual