Suriya Prezidenti Əhməd Əl Şaraa “Sezar” sanksiyalarının tam ləğvindən sonra Türkiyə, ABŞ, Qətər və Səudiyyə Ərəbistanına dəstəyə görə təşəkkür edib.
Sherg.az xəbər verir ki, o, sosial şəbəkə paylaşımında Suriya xalqını təbrik edərək, sanksiyalar dövründə göstərilən səbr və fədakarlıqları vurğulayıb. Şara həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla, adıçəkilən ölkə liderlərinə minnətdarlığını bildirib.