Elita problemi: Perspektivdə Ermənistanda hakimiyyət dəyişikliyi görünmür -ŞƏRH
10:27 18.09.2024
Dünya
540
Siyasi strateq Karen Köçəryan bildirib ki, Ermənistana həm yeni hakimiyyət, həm də müxalifət qüvvələr gələcək. O bildirib ki, müxtəlif geosiyasi vektorlara malik saytlarda elita yaratmağa çalışırlar.
Həmçinin qeyd edib ki, Ermənistanda siyasi həyat, siyasi partiyalar və xadimlər yoxdur. Hakimiyyət gündəmi velosiped sürmək və digər başqa şeylərlə zəbt etməyə çalışır. Lakin bu, siyasi gündəm deyil. Əsl siyasi meydanın formalaşdırılması üçün Ermənistanda elitalar formalaşmalıdır. Elita müxtəlif sahələrdən olan peşəkarların daxil olduğu, problemlərin həlli yollarını təklif edən bir cəmiyyət toplusudur. Bu insanlar sonda dövlət elitasında birləşirlər. Eyni zamanda Köçəryan hesab edir ki, hakimiyyət növbədənkənar seçkilərə hazırlaşır. Hakimiyyətin müəyyən stabil elektoratı var. Söhbət 10-11 faiz seçicidən gedir. Eyni zamanda, Ermənistanda çox şeyi qeyri-sabit elektorat (seçicilərin 70-75 faizi) həll edəcək. Əhalinin bu hissəsi İrəvan Ağsaqqallar Şurasına seçkilərə ümumiyyətlə getməyib. İndi biz qərarsız olan və müharibədən sonrakı vəziyyətin şokunu yaşayan bu elektorat üçün çalışmalıyıq.
Politoloq Natiq Miri “Sherg.az”a bildirib ki, cəmiyyətdə elit deyiləcək zümrə bütün topluma nümunə olacaq az saylı insanlardan ibarətdir:
“Ancaq bu gün təkcə Ermənistanda deyil, bir çox ölkələrdə elita problemi yaşanır. Doğrudur istənilən ölkədə olan hakimiyyətdəkilər özlərini elit təbəqə saya bilərlər. Ancaq elitlik sadəcə pulun çoxluğu və hakimiyyətdə yüksək vəzifədə oturmaqla müəyyən olunmur. Elit təbəqə cəmiyyətə nümunə olacaq insanlardır. Cəmiyyətə nümunə olmaq üçün isə mütləq mənada şüur fərqliliyinə ehtiyac var. Ona görə də Ermənistanda qısa müddət ərzində sözlə elit təbəqə axdarışında olmaq mümkün deyil. Elit təbəqə təcridən formalaşacaq təbii prosesdir. Bunu isə cəmiyyət özü içindən doğaraq çıxardır. Ancaq sual yaranır ki, bu gün Ermənistan cəmiyyəti buna hazırdırmı? 44 günlük müharibədən sonra Ermənistanın mənəvi, psixoloji anlamda idelogiyası darmadağın olub. Erməni cəmiyyəti isə bu gün qətiyyən sabahını müəyyənləşdirə bilmir. Ona görə də erməni şüurunda ciddi dəyişikliklərə ehtiyac var. Əgər şüur dəyişikliyi olmasa, insanlar yerində saymağa davam edəcəklər. Sözügedən hadisələr də bir çox proseslərin fərqinə varmaq üçün törədilir və insanları düşünməyə vadar edir. Eyni zamanda bundan çıxış yollarını düşünərək tapmağa köməklik göstərir”.
Ekspert qeyd edib ki, hakimiyyəti çoxluq ilə ələ almaq mümkündür, amma elitar təbəqəyə nümunə ola bilmək çətin məsəlkədir:
“Buna görə də təməlli olaraq şüur dəyişikliyinə ehtiyac var. Hazırda Ermənistanda həmin proses baş vermir. Sadəcə olaraq buna cəhd var. Burada zaman-zaman fərqli fikirləri ilə ortaya çıxan Nikol Paşinyan amili var. O, şüurlarda dəyişiklik üçün yeni fikirlər ortaya atır. Yəni şüur dəyişikliyinə cəhd yeni fikirlərdən keçir. Hazır konsept olaraq cəmiyyətə nəyisə çatdırmaq mümkünsüzdür. İndiki vəziyyətdə perspektivdə Ermənistanda hakimiyyət dəyişikliyi görünmür. Şüurlarda dəyişiklik etmək üçün isə az sayda fikirlər Nikol Paşinyanın timsalında gəlir. Müxalifət, revanşist qüvvələr və Qarabağ klanından fərqli fikirlər çıxıbmı? Onlar hələ də aldatdıqları insanları xülyalarla yaşatmağa davam edirlər. Həmin şəxslərin hakimiyyət üçün potensial təhlükə olması ictimai şüurda real deyil. Çünki ictimai şüur həmin şəxsləri qəbul etmir. Ermənistanda insanlar baş verən hadisələri ciddi dərk etməli və yaşamlarına tətbiq etməlidirlər. Daha sonra fərqli düşüncələr və həqiqətlər ortaya çıxacaq. Bundan sonra elit təbəqədən söhbət etmək olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət