
Elxan Şahinoğlu: Lukaşenko Ukrayna ilə savaşmaq fikrində deyil
06:07 13.08.2024
Dünya
325
Ancaq başqa hadisə baş verə bilər. Rusiya ordusu Belarus üzərindən Ukraynaya qarşı ikinci cəbhə aça bilər
"Belarus Prezidenti Aleksandr Lukaşenko Böyük Britaniyanın konsepsiyasına uyğun olaraq “ölkəmin əbədi dostu yoxdur, əbədi maraqları var” strategiyasından çıxış edir".
Bunu “Sherg.az”a "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, Lukaşenko Kremlin müttəfiqi sayılsa da, daxilən Rusiyanın Ukraynaya qarşı işğaçlı müharibəsinin əleyhinədir:
"Belaruslar və Belarus generalları “Kreml istəyir” deyə qardaş Ukrayna ilə savaşmaq istəmirlər. Lukaşenko məhz bu əhvali-ruhiyyənin daşıyıcısıdır. Təsadüfi deyil ki, Aleksandr Lukaşenko iyul ayında qərar verərək qoşunları Ukrayna ilə sərhəddən geri çəkdi. Lukaşenko bunu Ukraynadan təhlükənin olmamasıyla izah etdi. Əslində belə bir təhlükə heç vaxt olmayıb. Sadəcə, Lukaşenko qoşunları sərhəddə yerləşdirməklə Kremlin əmrini yerinə yetirirdi. Lukaşenkonun qoşunları geri çəkmək əmri Ukraynaya imkan verdi ki, sərhəddəki qoşun birlikləri Rusiya ilə döyüş meydanına yönəltsin. Lukaşenkonun məlum qərarı Kremlin narazılığına səbəb oldu. Ukraynanın Rusiya ərazisinə qəfil hücumu Kremlin Lukaşenkoya təzyiqinin artmasına səbəb oldu. Kreml Lukaşenkodan tələb etdi ki, qoşunlarını yenidən Ukrayna ilə sərhəddə toplasın ki, bu Kiyev üçün əlavə gərginlik mənbəyinə çevrilsin. Lukaşenko yeni əmrə tabe oldu".

E.Şahinoğlu bəyan edib ki, bütün hallarda Lukaşenko Rusiyaya görə Ukrayna ilə savaşmaq fikrində deyil:
"Ancaq başqa hadisə baş verə bilər. Rusiya ordusu Belarus üzərindən Ukraynaya qarşı ikinci cəbhə aça bilər. Əgər Lukaşenko Kremlin bu əmrinə tabe olsa, Ukrayna Rusiya ilə yanaşı Belarusla da savaşmalı olacaq, ukraynalılarla belaruslar bir-birlərini öldürəcəklər. Lukaşenkonun soyuqqanlığını qoruyacağına ümid var. Çünki o anlayır ki, Putin slavyan xalqları üz-üzə qoyub və gələcək nəsillər bunu unutmayacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq