Ərdoğan: Türkiyə Rusiya-Ukrayna görüşünün keçirilməsi üçün səy göstərir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Rusiya və Ukrayna arasında İstanbulda görüş keçirməyi təmin etməyə çalışır.

Teleqraf xəbər verir ki, o, bolqarıstanlı həmkarı Rumen Radevlə telefon danışığı zamanı belə deyib.

Türkiyə lideri bildirib: “Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq üçün səylər davam edir... Türkiyə bölgədə sülhün təmin edilməsi üçün tərəfləri İstanbulda bir araya gətirməyə çalışır”.

R.T.Ərdoğanla Radevin söhbəti zamanı Türkiyə ilə Bolqarıstan arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.