Ərdoğan Türkiyənin F-35 qırıcı təyyarələrinin istehsalı proqramına qayıdacağına əmindir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin yeni nəsil F-35 qırıcı təyyarələrinin istehsalı üzrə ABŞ proqramına qayıdacağına əminliyini bildirib.

Teleqraf xəbər verir ki, Ərdoğan 7-8 iyul tarixlərində Ankarada keçirilən NATO zirvə toplantısından sonra X-də yazıb: "İnanıram ki, hörmətli dostum, ABŞ Prezidenti Trampla apardığımız konstruktiv və səmərəli müzakirələr ölkəmizin müdafiə sənayesində, xüsusən də milli Kaan qırıcı təyyarəmizin istehsalı və F-35 proqramı ilə bağlı gözləntilərini qarşılayan konkret nəticələrə gətirib çıxaracaq".

Zirvə toplantısından sonra keçirilən mətbuat konfransında çıxış edən Türkiyə lideri Trampın Türkiyəyə F-35 qırıcı təyyarələrinin tədarükünə müsbət yanaşdığını bildirib. ABŞ prezidentinin özü isə hələlik bu məsələ ilə bağlı qərar vermədiyini bildirib.

2017-ci ildə Türkiyə Rusiyadan 2,5 milyard dollara S-400 hava hücumundan müdafiə sistemlərinin dörd diviziyasını alıb. Bundan sonra Ankara ABŞ-nin yeni nəsil F-35 qırıcı təyyarələrinin hazırlanması proqramından kənarlaşdırılıb.