
Ərdoğan Zelenski ilə 3 saat danışıqlar apardı -RƏY
Yusif Nəzərli
03:38 16.05.2025
Dünya
366
Liderlər Rusiya-Ukrayna müharibəsi kontekstində baş verən son hadisələrin bütün aspektlərini müzakirə edib
Qulamhüseyn Əlibəyli: “Rusiya vaxt qazanmaq üçün səlahiyyətsiz nümayəndələr göndərir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya səfər etmiş Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. 3 saat davam edən görüşdə liderlər Rusiya-Ukrayna müharibəsi kontekstində baş verən son hadisələrin bütün aspektlərini müzakirə ediblər. İkitərəfli və nümayəndə heyətləri arası görüşlərdə Ərdoğan atəşkəs və sülh danışıqlarının başlanmasının vacibliyini vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Kreml rəhbəri Vladimir Putinin müzakirələrlə bağlı təklifinin kökündə münaqişənin ilkin səbəblərinin aradan qaldırılması, habelə uzunmüddətli və dayanıqlı sülhün təminatıdır. Türkiyə xarici işlər naziri Hakan Fidan deyib ki, hər iki tərəfin atəşkəs üçün fərqli fikirləri var. Onun sözlərinə görə, Ukrayna tərəfi qeyd-şərtsiz atəşkəsin təminini istəyir, Rusiya tərəfinin də öz şərtləri var: "Bunun müzakirəsi üçün tərəflər bir araya gəlməli, razılaşmadıqları məsələləri razılaşdırmalıdır. Bunun üçün ABŞ vasitəsilə başladılan Ukrayna-Rusiya müzakirələri müəyyən mərhələyə gəlib. Tərəflər artıq bir nöqtəyə gəlməyə çalışırlar. Bizim bu danışıqlara davam etməyimiz lazımdır. Məqsəd sülhə nail olmaqdırsa, hər iki tərəf müəyyən güzəştlər etməlidirlər. Vasitəçilərin üzərinə mühüm vəzifələr düşür. Bu məsələdə biz hər cür dəstəyi əvvəldən veririk və bundan sonra da verəcəyik". Qeyd edək ki, bundan sonrakı Rusiya-Ukrayna görüşlərində Ukrayna rəhbəri V.Zelenski iştirak etməyəcək. Zelenski İstanbula nümayəndələrini göndərəcək.
Politoloq Qulamhüseyn Əlibəyli Sherg.az-a deyib ki, İstanbulda Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların bərpa olunması pozitiv məqam olsa da, ilk mərhələdə ümidverici razılaşmaların olacağına inam yoxdur. Ekspert vurğulayıb ki, Rusiya nümayəndə heyətinin tərkibi, danışıqların başlanmasının bilavasitə ərəfəsində qarşılıqlı ittihamlar, xüsusən, Ukrayna Prezidenti Volodimir Zelenskinin ünvanına Rusiya rəsmilərinin aşağılayıcı ifadələri bu nəticəyə gəlmək üçün kifayət qədər əsas verir:

"Rusiya nümayəndə heyətinin tərkibinə daxil olan rəsmi şəxslərin heç biri öz sahəsinə aid hər hansı bir məsələyə, xüsusən atəşkəs və sülh prosesi ilə əlaqədar məsələlərə dair müstəqil qərarlar qəbul etmək səlahiyyətində deyil. Bu isə o deməkdir ki, həmin şəxslər yalnız texniki xarakterli məsələlərdən danışa bilərlər. Yəni birbaşa danışıqların bərpası haqqında Putinin bir neçə gün əvvəlki bəyanatları formal xarakter daşıyır. Yaxın Şərq turnesi çərçivəsində ABŞ Prezidenti D.Trampın verdiyi dolaşıq və ikibaşlı açıqlamalar Avropa Birliyi ilə Rusiya arasında gizli danışıqlar getdiyini güman etmək üçün kifayət qədər əsas verən amil hesab oluna bilər. Danışıqların predmetinin təkcə Ukraynanın bölüşdürülməsi deyil, bütövlükdə dünyanın iki dövlətin təsir məkanlarına ayrılması təşkil edə bilər. Görünür, bu proses hələ qəti şəkildə başa çatmadığından Rusiya danışıqlara səlahiyyətsiz adamları göndərməklə vaxt qazanmağa çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:22 06.05.2026
Dünya
Azərbaycanda bu kəndlərin adları DƏYİŞDİRİLİR
18:08 06.05.2026
Ölkə