Ərdoğan, Zelenski, Tramp və Putin Türkiyədə görüşə bilər

Ankara Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında dördtərəfli görüş təşkil edə bilər.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri Tomas Barak deyib.

Diplomat qeyd edib ki, İstanbulda keçiriləcək mümkün zirvə görüşü əsaslı olmalıdır.

“Orada qəbul edilən qərarlar təsirli olmalı və təhlükəsizlik təminatlarını ehtiva etməlidir. Türkiyə liderlərin bütün tərəflər üçün ağlabatan həll yolu tapmaq üçün müzakirə etməli olduqları məsələlərin dairəsini daraltmağa kömək edə bilər”, - Barak əlavə edib.