
Ermənistanda demoqrafik vəziyyət: Problem getdikcə dərinləşir -ANALİZ
11:30 09.09.2024
Dünya
617
Yaxın 10 ildə Ermənistan əhalisinin sayı 800 min nəfər azalaraq 2,2 milyon nəfər təşkil edə bilər.
Bunu Ermənistan Auditorlar Palatasının sədri Nairi Sarkisyan deyib.
“Bu temp davam edərsə, yaxın 25 ildə ölkədə erməni qalmayacaq”, – o bildirib.
O, Ermənistandakı işsizlik və digər problemlərdən də söz açıb.
Ölkədəki işsizlik, iqtisadi çətin vəziyyətlə üzləşən Ermənistan vətəndaşlarının ölkəni tərk etməsindən belə görünür ki, rəsmi İrəvan demoqrafik problem yaşayır.
Ermənilərin sürətlə ölkəni tərk etməsi hansı məqamlarla əlaqələndirilir?
Bu tendensiya davam edərsə nələr ola bilər?
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli Ermənistanda uzun illərdir demoqrafik problemlərin höküm sürdüyünü bildirib:

"Ermənistanda uzun illərdir ki, demoqrafik fəlakətli vəziyyət yaranıb. Rəsmi İrəvan özünün apardığı siyasət nəticəsində belə fəlakətlə üzləşib. Çünki onun aqresiv, işğalçı siyasətinin nəticəsində I Qarabağ müharibəsində xeyli insan həlak oldu.
Müharibə qorxusundan ölkədən gedənlərin sayı isə hər il artır. İnsanlar hər il daha çox başqa ölkələrə: Avropaya, Rusiyaya, Amerikaya köç edirlər. II Qarabağ müharibəsində də itkilərin sayının həddindən artıq çox olması və həmin müharibədən sonra ölkəni tərk edənlərin sayının artması demoqrafik problemi fəlakətli bir vəziyyətə gətirib. İndi onların sözügedən vəziyyətdən çıxması imkansızdır. Gərək xaricdəki ermənilərin ölkəyə köçürülməsi üçün tədbirlər görsünlər, geri dönüş proqramı qəbul etsinlər".
Ekspert qeyd edib ki, Xaricdə gedən erməniləri geri dönməsi o qədər də ağıla batan deyil:
"Ermənilər Amerikada, Fransada, Rusiyada qurduqları şəraiti buraxıb sıfırdan gəlib Ermənistanda yaşamaq istəməzlər. Ona görə də Ermənistanın bu probleminin həlli asan görünmür. Hətta getdikcə daha da dərinləşir. Bu, sonradan iqtisadi problemlər yaratmağa başlayacaq. Ermənistanın yeganə çıxış yolu isə qonşularla aqressiv siyasətindən, ərazi iddilarından əl çəkmək, Türkiyə və Azərbaycanla normal münasibətlərin bərpasına nail olmaq və sülh şəraitində yaşamağı öyrənməkdir. Bəlkə bundan sonra dayanıqlı sülh şəraiti olarsa, Ermənistan Türkiyənin köməkliyi, yatırımları ilə müəyyən iqtisadi dinamika yarada bilər. Yəni bundan sonra sülh şəraiti, sabitlik və inkişaf olarsa ən azından Rusiyada yaşayan ermənilərin bir qismi geri dönə bilər. Yalnız bu yolla onlar sözügedən vəziyyətdən çıxış yolu tapa bilərlər. Ermənilər ilk növbədə normal qonşuluq şəraitində yaşamağı öyrənməlidirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belçika çoban itinin fındıq sevgisi təəccübləndirdi
18:23 10.11.2026
Maraqlı
Paşinyan Parisdə Makronla görüşüb
18:11 10.11.2026
Gündəm
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz