
Ermənistanın demarş niyyəti: Kremlin səbri sınanır
10:20 08.02.2024
Dünya
584
Ermənistan rəhbərliyinin erməni xalqı üçün düzgün seçim edəcəyini gözləyirik.
Bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova brifinqdə Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyanın daha təhlükəsizlik sahəsində əsas tərəfdaş ola bilməyəcəyi barədə sözlərini şərh edərkən deyib.
“Ölkələrimiz müttəfiq olaraq qalır, erməni xalqının maraqları Rusiya ilə qonşuluq münasibətlərindən ayrı deyil. Biz Ermənistan rəhbərliyinin bunu nəzərə alacağını və hazırkı geosiyasi transformasiyalar fonunda düzgün seçim edəcəyini gözləyirik”, - deyə o bildirib.
Onun sözlərinə görə, Rusiya və Ermənistan arasında etibarlı ikitərəfli hüquqi baza var:
“Bu, hərbi-texniki əməkdaşlığa da aiddir. Hər iki tərəfin suverenliyin, ərazi bütövlüyünün və təhlükəsizliyin qorunması da daxil olmaqla, bir-biri qarşısında öhdəlikləri var. İrəvan da KTMT çərçivəsində mümkün təcavüz halında kollektiv təminat altındadır. Ölkələr 2016-cı ildə qoşunların birgə qruplaşdırılmasına dair saziş imzalayıblar.
KTMT çərçivəsində fəal əməkdaşlığa qayıtmaq ilk növbədə Ermənistanın maraqlarına cavab verir. İrəvanın sərəncamında təşkilatın geniş imkanları var, onun potensialı çoxillik təcrübəyə əsaslanır”.
Zaxarovanın çağırışının yumşaq xəbərdarlıq olduğunu bildirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a söyləyib ki, Ermənistan 2020-ci il müharibəsindən sonra Rusiyaya qarşı demarşlar edir:

"Əgər Ermənistanın atdığı addımları başqa ölkə etsə idi, Rusiya kanalları həmin dövləti sözlə belə darmadağın edərdi. Ancaq rəsmi Moskva Ermənistana qarşı rus iqtidarına münasib olmayan səbr göstərir. Görünən odur ki, Rusiya Ermənistana regionda son forpostu kimi baxır və onu itirmək istəmir. Amma hər səbrin bir sonu var. Ona görə də Ermənistan bu demarşları real hərəkata çevirsə, Rusiya rəsmi İrəvana qarşı addımlar ata bilər. Azərbaycan isə bu məqamdan istifadə etməlidir. Çünki bizim üçün əsas öz maraqlarımızdır. Yəni Rusiya və Ermənistan, rəsmi İrəvan və Qərb münasibətlərinin gələcəyi bizə maraqlı deyil. Eyni zamanda yeni yaranan konfiqurasiyadan yararlanaraq Zəngəzur hədəfimizi də reallaşdırmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya