Ukraynanın Qara dənizdəki neft terminallarına hücumlarından sonra Türkiyə Rusiyadan neft alışını azaldıb.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” LSEG-in gəmiçilik məlumatlarına istinadən məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə ötən ay Rusiya limanlarından təxminən 900 min ton neft idxal edib, bu göstərici iyunda 1,2 milyon ton təşkil edib.
Türkiyənin avqust ayında Rusiyanın Qara dəniz limanlarından cəmi 200 min tonadək neft alacağı gözlənilir.