Evika Silinya: Gürcü xalqı hakimiyyətə qalib gələcək

“Gürcüstan cəmiyyət güclü olarsa, Avropa dəyərləri və demokratiyaya yönəlik istiqaməti qoruyub saxlayarsa, (mövcud hakimiyyət üzərində) qalib gələcək”.

Teleqraf xəbər verir ki, bunu Latviya Baş naziri Evika Silinya deyib.

Hökumət başçısının sözlərinə görə, gürcü xalqı bu mübarizədə ümidini itirməməlidir.

“Gürcü xalqı üçün iki yol var: siyasətçiləri dəyişmək və hakimiyyətə sahib olmaq. İstənilən ölkədə hakimiyyət xalqa məxsusdur, ən azı Avropada belədir və Gürcüstan Avropadır. Düşünürəm ki, gürcü xalqı ümidini itirməməlidir. Biz hamımız sovet dövrünü yaşamışıq və azadlığı qazanmışıq, çünki xalq belə qərar vermişdi. Buna görə də heç bir siyasətçi xalq və cəmiyyətin əvəzinə qərar verə bilməz. Odur ki, cəmiyyət güclü olarsa, Avropa dəyərləri və demokratiyaya yönəlik istiqaməti qoruyub saxlayarsa, qalib gələcək. Mən buna inanıram”, - Evika Silinya vurğulayıb.