Fidan və Rubio İstanbulda danışıqların nəticələrini müzakirə etdilər

Türkiyə xarici işlər naziri Hakan Fidan və ABŞ Dövlət katibi Marko Rubio İstanbulda Ukrayna üzrə danışıqların nəticələrini müzakirə ediblər.

Teleqraf xəbər verir ki, tərəflər arasında reallaşan telefon danışığında Rusiya və Ukrayna arasında İstanbulda keçirilən birbaşa danışıqların ikinci raundunun nəticələri müzakirə olunub.

Qeyd edək ki, Rusiya - Ukrayna görüşünün ikinci raundu iyunun 2-də keçirilib.