Finlandiya və İsveçin NATO-ya daxil olma vaxtı məlum oldu
Yusif Nəzərli
09:40 11.04.2022
Dünya
647
Ukraynaya girməklə Rusiya böyük strateji səhvə yol verdi. İndi daha iki Avropa ölkəsi bu yay NATO-ya üzv olmağa hazırdır. Söhbət Finlandiya və İsveçdən gedir.
Bu barədə “The Times” öz mənbələrinə istinadən məlumat yayıb.
ABŞ rəsmiləri deyirlər ki, NATO xarici işlər nazirləri arasında keçən həftə danışıqların və bir neçə sessiyanın mövzusu İsveç və Finlandiyanın alyansa üzvlüyü olub.
Vaşinqton NATO-nun üzvlərinin sayını 30-dan 32-yə qədər genişləndirəcək bu addıma ümid edir. Bu perspektiv Rusiyanın Ukraynaya təcavüzünün birbaşa nəticəsi adlandırılır.
“Bu, Putinin böyük strateji səhvindən başqa nə ola bilər?”, - deyə yüksək rütbəli amerikalı məmurlardan biri deyib.
İyun ayında Finlandiyanın, daha sonra isə İsveçin müraciət edəcəyi gözlənilir.
Neytral statusa malik Finlandiya və İsveç ilk dəfə olaraq Norveçdə Alyansın “Soyuq cavab” kimi tanınan təlimlərində iştirak etmək üçün birgə briqada yaradıb. Təlimlər çoxdan planlaşdırılsa da, fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsi hadisələri sürətləndirilib.
“Təhlükənin mövcudluğunu qəbullanmamaqla sadəlövhlük etmiş olarıq. Bütün Avropada təhlükəsizlik vəziyyəti dəyişib. Biz bunu etiraf etməli və uyğunlaşmalıyıq”, - deyə isveçli zabit Stefan Nordstrom təlimi şərh edib.
Finlandiyanın Rusiya ilə 1300 km sərhədi var. Finlandiya prezidenti Sauli Niiniste martın 28-də bildirib ki, o, yeni üzvlərin qəbulu ilə bağlı prinsiplər və addımlar barədə ətraflı məlumat almaq üçün NATO-nun baş katibi Yens Stoltenberqə müraciət edib. Xarici işlər naziri Pekka Haavisto bildirib ki, Finlandiya hakimiyyəti NATO-nun 30 üzvünün demək olar ki, hamısı ilə mümkün üzvlük məsələsini müzakirə edib və aprelin ortalarına qədər məsələni parlamentə təqdim edəcək.
Mənbə: Segodnya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi