FSB: Ukraynaya məlumat ötürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Nijni Novqorod vilayətində 50 yaşlı şəxsin saxlanıldığını açıqlayıb.

Sherg.az xəbər verir ki, qurumun iddiasına görə, o, Rusiyanın yeddi regionunda yerləşən strateji obyektlər və hərbi-sənaye müəssisələri barədə məlumat toplayaraq Ukrayna xüsusi xidmət orqanlarına ötürüb. Saxlanılan şəxs barəsində terror təşkilatının fəaliyyətində iştirak maddəsi ilə cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib. FSB-nin məlumatına görə, şübhəli ittihamları etiraf edib.