Böyük Britaniyanın ən məşhur aristokrat ailələrindən birinin nümayəndəsi, 12-ci Malboro hersoqu Çarlz Ceyms Spenser-Çörçill bir kişini qəsdən boğmaqda ittiham olunur.
"Report"un xəbərinə görə, bu barədə "The Guardian" qəzeti Temza Vadisi Polisinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, 70 yaşlı kişi dekabrın 18-də Oksford magistratura Məhkəməsi qarşısına çıxmalıdır. Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçillin əmisi oğlu (1874-1965) və şahzadə Diananın uzaq qohumu (1961-1997) olan aristokrat 2022-ci ilin noyabrından 2024-cü ilin mayına qədər Vudstok şəhərində (Oksfordşir qraflığı) eyni adamın üç dəfə boğulmasında ittiham olunur.
Spenser-Çörçil 2014-cü ildə Malboro hersoqu titulunu miras alıb. "The Guardian" qeyd edib ki, onun keçmişi narkotik problemləri ilə bağlı olub. Bu səbəbdən atası, Malboronun 11-ci hersoqu Con Spenser-Çörçill (1926-2014) məşhur ailə mülkü olan Blenheym Sarayının mülkiyyətini və idarəçiliyini Blenheym Sarayı İrsi Fonduna təhvil verib.