Gürcüstan hökumətinin yeni tərkibi parlamentə təqdim edildi
17:54 02.02.2024
Dünya
416
Gürcüstan hökumətinin yeni tərkibi və “Avropa dövlətinin qurulması naminə” adlı proqramı baxılmaq üçün parlamentin Bürosuna təqdim edilib. Eyni zamanda, büro yaz sessiyasının fevralın 6-da keçiriləcək ilk iclasında sessiyanın gündəliyini, eləcə də, ölkə prezidentinin son hesabatının dinlənilməsi məsələsini təsdiqləyib.
Trend gürcü KİV-ə istinadən xəbər verir ki, hökumətin yeni tərkibinə və hökumət proqramına etimadın ifadə olunması prosesi əvvəlcə parlamentin komitə, fraksiya və siyasi qrupların iclaslarında, daha sonra isə plenar iclasda baş tutacaq.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yanvarın 29-da istefa verib, bundan sonra onun səlahiyyətləri dayandırılıb, nazirlər isə öz vəzifələrini icra edirlər.
Hakim Gürcü arzusu-Demokratik Gürcüstan partiyasının qurultayında partiyanın sədri İrakli Kobaxidzenin yeni baş nazir postuna namizədliyi irəli sürülüb.
Parlament yeni baş naziri, onun kabinetini və proqramını təsdiq etdikdən sonra iki gün müddətində Prezident Salome Zurabişvili İrakli Kobaxidzeni Baş nazir vəzifəsinə təsdiq etməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm