Gürcüstanda qalmaqallı səs yazısı ilə əlaqədar aksiya keçirilib
15:19 07.03.2021
Dünya
461
Bu gün Tbilisidə hakim Gürcü Arzusu Partiyasının qurucusu, milyarder Bidzina İvanişvilinin biznes-mərkəzi qarşısında aksiya keçirilib.
APA-nın “newsgeorgia.ge” saytına istinadən verdiyi məlumata görə, aksiya “Pirveli” telekanalında B. İvanişvilinin 27 yaşlı oğlu Berunun Baş nazir İrakli Qaribaşvili və bir neçə yüksək vəzifəli məmurla danışığının səs yazısının efirə verilməsindən sonra təşkil edilib.
Müxalif fəallar həmin şəxslər haqqında cinayət işinin açılmasını, vəzifəli şəxslərin vəzifədən azad edilməsini, növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər.
B. İvanişvilinin iqamətgahı qarşısında çoxlu sayda polis cəmləşdirilib. Aksiya iştirakçıları divarlara B. İvanişvilinin ünvanına təhqiramiz ifadələr yazan zaman polislə gərginlik yaşanıb, bir neçə dəfə toqquşma olub. Saxlanılanların olub-olmadığı barədə hələ məlumat verilmir. Artıq aksiya başa çatıb, aksiya iştirakçıları ərazini tərk edir.
Qeyd edək ki, “Pirveli” telekanalının yaydığı səs yazısında B. İvanişvilini sosial şəbəkədə təhqir edən 15 yaşlı məktəblinin cəzalandırılması məsələsi müzakirə olunur və B. İvanişvilinin polisdə yüksək vəzifə tutan şəxslərdən məktəblini ondan üzr istəməyə məcbur etməyi tələb etdiyi iddia olunur.
Müxalif partiyalar səs yazısının qanunsuz yayılmasını pisləsələr də, dərhal istintaq başlamasını, ən azı istintaqın başa çatmasına qədər isə Baş nazir İraklii Qaribaşvilinin vəzifəsindən azad olunmasını vacib sayırlar.
Hakim Gürcü Arzusu Partiyası isə səs yazısında B. İvanişvili və İ. Qaribaşvilinin səslərinin eşidildiyini inkar etmir, ancaq qalmaqallı səs yazısının montaj olunduğunu, müxtəlif vaxtlardakı danışıqların əlavə edildiyini bildirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm