Hakan Fidan: Avropa ABŞ-dan asılılığı azaltmaq üçün müdafiə sahəsində addımlar atır
12:29 15.05.2025
Dünya
265
Hakan Fidan ABŞ Prezidenti Donald Trampın Avropanın təhlükəsizliyinin təminindən müəyyən nöqtədə çıxacağı ilə bağlı açıqlamasına münasibət bildirib.
APA xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan mətbuat konfransında deyib.
Nazir bildirib ki, Avropa dövlətləri artıq müdafiə sənayesində ABŞ-dan olan asılılığı azaltmaq üçün üçün proqram başladıblar: “Aİ təşkilatları daxilində də dəyişikliklər aparılıb. Avropa təhlükəsizliyində Türkiyənin durduğu yer bəllidir. Türkiyənin müdafiə sənayesi inkişaf etmiş vəziyyətdədir. Prezidentimiz də bunu dəfələrlə ifadə edib ki, qarşılıqlı əməkdaşlığa hazırıq. Aİ-yə üzv olmayan Türkiyə kimi namizəd ölkələri, hətta namizəd olmayan Böyük Britainiya, Norveç kimi ölkələri də əhatə edəcək bir əməkdaşlıq sistemi yaratmalıdır. Xüsusilə müdafiə sənayesi sahəsində bununla töhfələr arta bilər. Hazırda NATO-nun varlığı davam edir, ABŞ buradan ayrıldığını elan etməyib. Yaxın gələcəkdə də bunu edəcəyini düşünmürəm. Türkiyə, Böyük Britaniya Avropanın coğrafiya olaraq parçasıdır. Böyük Britaniya və Türkiyə Aİ üzvü deyil, amma coğrafiya olaraq Avropanın parçasıdır. Təhlükəsizlik sahəsində əməkdaşlıq edəndə sadəcə bir-birinizə dəstək olmursunuz, həm də bir-biriniz üçün təhdid təşkil etmədiyinizi bildirirsiniz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:22 06.05.2026
Dünya