Hakan Fidan Putinlə görüşdə nədən danışdıqlarını açıqladı

Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiya Prezidenti Vladimir Putinlə mayın 26-27-də Moskvaya səfəri çərçivəsində baş tutan görüşü “isti və faydalı” adlandırıb.

Teleqraf xəbər verir ki, o, Rusiya lideri ilə Ukrayna barədə danışdıqlarını bildirib.

“Görüş çox isti atmosferdə keçdi, əsasən Ukrayna ilə bağlı danışıqlardan danışdıq. Türkiyə olaraq İstanbulda (16 may) keçirilən danışıqlardan sonra müəyyən bəyanatlarımız oldu və reaksiyalar aldıq, ümid edirəm ki, bu, Kiyevə səfərimin məhsuldarlığına töhfə verəcək. Əgər siz həqiqətən nəsə etmək istəyirsinizsə, bu cür təmaslar və onlarla səmimi müzakirə imkanı çox vacibdir. Bu baxımdan görüşü çox faydalı hesab edirəm”, - Türkiyə xarici işlər naziri bildirib.

Qeyd edək ki, Hakan Fidan bu gün ikigünlük səfər proqramı ilə Ukraynaya gedəcək.