HAMAS hərbi qanadının rəhbərinin ölümünü təsdiqləyib

HAMAS hərəkatı silahlı qanadı olan “İzzəddin əl-Qəssam briqadaları”nın rəhbəri İzzəddin əl-Həddadın öldüyünü təsdiqləyib.

APA xəbər verir ki, hərəkatın “Telegram” kanalında yayılan məlumata görə, əl-Həddad İsrailin Qəzza zolağına endirdiyi zərbə nəticəsində ölüb.

Bildirilib ki, hücum zamanı onun həyat yoldaşı və qızı da ölüb.