
Hindistan və Pakistanın yeganə çıxış yolu danışıqlar masasına əyləşməkdir -Analitik
11:16 12.05.2025
Dünya
369
Hindistan və Pakistanın hərbi rəsmiləri bu gün iki ölkə arasında təxminən son 30 ilin ən ağır döyüşlərindən sonra növbəti addımları müzakirə edəcəkdilər. Bu barədə Hindistan KİV Xarici İşlər Nazirliyinə istinadla məlumat yaymışdı.Təmasların yalnız hərbi səviyyədə olacağı, hələlik diplomatik müzakirələrin planlaşdırılmadığı bildirilib. Lakin “Reuters” agentliyi Hindistan Silahlı Qüvvələrinə istinadla məlumat yayıb ki, Hindistan-Pakistan hərbi rəsmilərinin bu günə nəzərdə tutulmuş danışıqları təxirə salınıb. Hərbi rəsmilərin söhbəti bu gün axşama qədər təxirə salınıb.
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Sherg.az-a söyləyib ki, iki ölkə arasında yaranmış gərginliyin azaldılması və münaqişənin dinc yolla həlli üçün alternativ yol yalnız diplomatik müzakirələrin aparılması və sülhün əldə olunmasına yönəlmiş ciddi addımların atılmasıdır:

“Bu baxımdan, hərbi toqquşmalar və zorakı yanaşmaların davam etməsi vəziyyəti yalnız daha da gərginləşdirə və regionda sabitliyə təhlükə yarada bilər. Yəni əslində, bu durumdan çıxış üçün başqa real alternativ yoxdur. Hindistan və Pakistan uzunmüddətli perspektivdə bu yeganə çıxış yolunu qəbul edir və müəyyən mənada artıq bir danışıqlar masası arxasına əyləşməyi düşünürlər. Sözsüz ki, bu danışıqlar yalnız formal xarakter daşımamalı, əksinə, əhatəli və məqsədyönlü olmalıdır. Əgər tərəflər səmimi şəkildə prosesə yanaşsalar, bu dialoq əsasında gələcəkdə ciddi və davamlı sülhün təməli qoyula bilər. Bu isə yalnız ilkin razılaşmalarla yekunlaşmamalıdır. Növbəti mərhələdə hər iki dövlət arasında rəsmi sənədin imzalanması və həmin sənəddə əks olunan prinsiplərə ciddi şəkildə əməl olunması mütləqdir. Belə bir sənəd tərəflər üçün həm hüquqi, həm də siyasi baxımdan məsuliyyət daşıyacaq və gələcəkdə qarşıdurmaların təkrarlanmasının qarşısını almağa xidmət edəcəkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəzzada HƏMAS liderlərindən birinin oğlu öldürüldü
02:42 07.05.2026
Dünya
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm