Hollivud “ulduzu” az qala ağlını itirəcəkdi
Hollivud “ulduzu” az qala ağlını itirəcəkdi
Yusif Nəzərli
12:04 08.09.2024
Dünya
477
“Məndən bu qədər”
Məşhur “Qladiator” filminin qəhrəmanlarından biri – amerikalı aktyor, filmdə Mark Avrelinin oğlu Kommodun obrazını canlandırmış Xoakin Feniks başına gələnlərdən danışıb. Aktyor deyib ki, bir film üçün arıqlamaq lazım gəlib, o da diyetaya başlayıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, diyeta aktyora baha başa gəlib, hətta ağlını itirmək təhlükəsi ilə üzləşib. “Qladiator”, “Eşq”, “Sərhəddi aşmaq” kimi filmlərdə rol alan aktyor “Joker” filmində Artur Flek rolunu ifa edib. “Joker” filmi 2019-cu ildə prokata daxil olub. Və aktyora böyük şöhrət gətirib. Xoakin Feniks “Ən yaxşı kişi aktyor” nominasiyasında “Oskar” mükafatına layiq görülüb. Filmin uğur qazandığını görən çəkiliş heyəti filmin davamını çəkmək qərarına gəlib. “Joker: Folie a Deux” filminin çəkilişləri üçün aktyor rol gərəyi arıqlamalı olub. Ona özəl diyeta təyin edilib. Aktyor arıqlamaq üçün uzun müddət quşqonmaz bitkisi, kahı və alma ilə qidalanıb. Nəticədə 24 kiloqram çəki atıb. Bunun necə əzablı bir iş olduğundan isə aktyor Venesiya film festivalında bəhs edib. Film festvalında “Joker” filminin davamı nümayiş olunub. Fəxri qonaqlar sırasında festivalf qatılan aktyor kameralar önünə keçib. Onun həqiqətən də xeyli çəki atdığı gözdən yayınmayıb. Aktyor bu barədə danışıb: “Az qala ağlımı itirəcəkdim. Diyeta haqqında danışmaq istəmirəm. Düşünmürəm ki, bu, kimin üçünsə maraqlı olacaq. Lakin bu diyeta məni az qala bitirəcəkdi. Uzun müddət yalnız kahı, alma, bir də quşqonmazla qidalandım. Çox zəiflədim, ağlım başımdan çıxacaq vəziyyətə düşdüm. Fiziki baxımdan çox bitkin hala gəldim. Diyetanı dayandırdım. 49 yaşım var. Bundan sonra hər hansı film üçün özümə əziyyət verməyəcəm. Bir daha belə bir şey təkrarlanmayacaq. Məndən bu qədər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belçika çoban itinin fındıq sevgisi təəccübləndirdi
18:23 10.11.2026
Maraqlı
Paşinyan Parisdə Makronla görüşüb
18:11 10.11.2026
Gündəm
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya