Hollivudun körpə “ulduz”u: Atası ilə heç bir əlaqəsi qalmadı
Yusif Nəzərli
08:00 21.04.2024
Dünya
470
Bir zamanlar Hollivudun “ulduz” körpəsi hesab edilən Suri Kruz 18 yaşını qeyd edib. Surinin körpə yaşlarından “ulduz”a çevrilməsinin səbəbkarları məşhur valideynləri – Tom Kruz və Keti Holmsdur.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, “İşimiz təhlükə”, “Top Gun” və “Jack Reacher” kimi filmlərdəki obrazlarıyla məşhurlaşmış Tom Kruzun “Dawson's Creek” filminin “ulduzu” Katie Holmeslə evliliyindən dünyaya gəlmiş qızları Suri artıq 18 yaşındadır. Suriyə yaxın olanların dediyinə görə, o, atasıyla 10 ildir ki, görüşmür. T.Kruzla K.Holmsun evliliyi 6 il davam edib. 2006-cı ildə evlənib, 2012-də boşanıblar. K.Holms boşanma səbəblərindən biri kimi Tom Kruzun saentoloji təriqətə (katolik dinində yeni bir təriqətdir) bağlılığını göstərmişdi. Tom Kruz da bunu təsdiq etmişdi. Məhkəmə isə Surinin himayəsini bütünlüklə K.Holmsa verib. K.Holmsun qızının vərəsəliyini təkbaşına üstlənməsinin bir səbəbi də T.Kruzun əvvəlki həyat yoldaşı, Hollivud “ulduzu” Nikol Kidmanla evliliyindən olan uşaqlarının analarından daha artıq atalarına bağlı olmasıdır. K.Holms belə bir halın onun da başına gələcəyindən qorxaraq qızının vərəsəliyini təkbaşına üzərinə götürüb. Məhkəmə qərarına görə, T.Kruz qızı 18 yaşına çatanadək hər ay ona 400 min dollar pul ödəməlidir. Məhkəmədən sonra isə Tom Kruz qızı Suri ilə çox nadir hallarda görüşüb. Artıq ali məktəbə daxil olmağa hazırlaşan Suri atasıyla təqribən 10 ildir ki, görüşmür. Bu günlərdə 18 yaşını qeyd edən Suri Kruz Nyu-Yorkda çiçək mağazası önündə kameralara “yaxalanıb”. Onun Keti Holmsun gənclik illərindəki halına bənzərliyi diqqət çəkib. Surinin 18 yaşının tamam olması atası tərəfindən indiyədək ona ödənilən məbləğin kəsiləcəyini və bununla da ata ilə qız arasında bütün əlaqələrin qopacağı anlamına gəlir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə