Husilər İsraildəki Ben-Qurion hava limanına yeni raket zərbələri endirdilər

Yəməndəki üsyançı "Ənsar Allah" (husilər) hərəkatı İsrail ərazisində, o cümlədən Təl-Əviv yaxınlığındakı Ben-Qurion hava limanına ballistik raketlərlə zərbələr vurduqlarını iddia ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə hərəkatın hərbi qanadının sözçüsü Yəhya Saria "Al Masirah" telekanalının efirində məlumat verib.

Onun sözlərinə görə, əməliyyat çərçivəsində "Palestine-2" tipli hipersəs ballistik raketindən istifadə olunub. Bildirilib ki, iki fərqli hədəfə iki raket zərbəsi endirilib.

Bundan əlavə, husilər Təl-Əvivin şərqində yerləşən "mühüm hədəfə" "Zolfaghar" tipli ballistik raketlə də zərbə endirdiklərini açıqlayıblar.

Yəhya Saria iddia edir ki, bütün zərbələr planlaşdırıldığı kimi uğurla həyata keçirilib.