
İkiüzlü siyasət: Fransa NATO-ya hörmət etmir -ŞƏRH
10:26 06.02.2024
Dünya
520
“Fransa müstəqilliyini qorumaq üçün təcili olaraq NATO-dan çıxmalıdır”.
Bu fikri Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo deyib.
“Birləşmiş Ştatlarda güc elitaları bütün dünyada münaqişələri qızışdırmağa çalışırlar, Fransanın bununla heç bir əlaqəsi olmamalıdır. Təcili olaraq NATO-nu tərk etməliyik”, – o bildirib.
Siyasətçinin sözlərinə görə, “NATO və Aİ-dən çıxmaqla Fransa müstəqilliyini bərpa edəcək və öz milli maraqlarını daha yaxşı qoruya biləcək”.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a söyləyib ki, Florian Filipponun çıxışı ənənəvi fransız baxışlarını özündə əks etdirir:

"Fransa bir neçə dəfə NATO-nu tərk edib. Eyni zamanda Fransa Prezidenti Emmanuel Makron NATO-nu "ölü beyin" adlandırmışdı. Ümumiyyətlə Fransa NATO-ya hörmət etmir və hər zaman oradan çıxmağı məqbul sayan ölkədir. Həmçinin rəsmi Paris NATO olmadan da qala bilmir. Yəni ikiüzlü siyasət yürütmək istəyir. Buna görə də Fransa daxilində hakimiyyətə gələn qüvvələr NATO üzvlüyü bəhanə kimi istifadə edirlər. Hazırda baş verən hadisə də eyni prosesdir. Digər tərəfdən Fransa düşünür ki, Ukrayna-Rusiya müharibəsində Qərb qalib gələ bilməsə, NATO Avropada hansı gücün əlində qalacaq? Buna görə də Filipponun çıxışı NATO-nun yaradacağı boşluğa güc olaraq Fransanın yerləşməsini indidən təşviq etmək anlamına gəlir. Eyni zamanda Fransa Almaniyanın adından da çıxış edir. Çünki Almaniyanın hərbi performansı Fransaya baxanda limitlidir. İkinci Dünya savaşından sonra Almaniya müəyyən məhdudiyyətlər çərçivəsində fəaliyyət göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya