“İlan Osman”ın dramatik həyatı
“İlan Osman”ın dramatik həyatı
10:11 08.08.2024
Dünya
434
“İnsanlardan xəyanət gördüm, ilanları sevdim”
Türkiyənin Adana bölgəsində yaşayan Osman Aslan qəribə xüsusiyyətləri ilə məşhurdur. Osman Aslan onu aldadanların, fırıldaqla pulunu alıb qaytarmayanların adlarını yük maşınına həkk edib, əlinə də megafon alıb küçə-küçə gəzərək elan edən, avtomobil parkında çiy küftə sataraq ailəsini dolandıran, ilanları boynuna sarıyıb təhlükəli şou hərəkətlər edən bir adamdır. Amma onun həyatı faciəli hadisələrlə doludur.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bu qəribə taleli adamın həyat hekayəsini təqdim edir. Adanada “ilançı Osman” ləqəbiylə tanınan Osman Aslan 65 yaşındadır. İlk evliliyindən 3 övladı olub, lakin onların hərəsi bir səbəblə vəfat edib. Osman Aslanın işləri çox zaman düz getməyib. Zeytun, zeytun yağı satmaq istəyib, amma polis onu cərimələyib. Osman da əsəbindən zeytunları, yağı küçəyə töküb. 3 il əvvəlsə avtomobil parkında çiy küftə satmağa başlayıb. Avto-parkda kiçik bir otaq kirayələyib. Çiy küftələri satanda qəribə hərəkətlər edir, qışda kürəyində soba ilə gəzir. Osman Aslan uşaq yaşlarından ilanlara maraq göstərib. İndi də bir neçə ilanı kirayələdiyi otaqda bəsləyir. Tez-tez onlara oyun səhnələri təşkil edir. Bu səbəbdən də adına İlançı Osman deyirlər. O.Aslan 44 il əvvəl əmisi qızıyla evlənib. Bu evlilikdən 7 övladı dünyaya gəlib. Kasıbçılıqla yaşayıblar. 5 yaşlı övladı küçəni keçərkən maşın vurub və uşaq ölüb. 7 il sonra isə digər övladı 16 yaşlı oğlu bıçaqlanaraq öldürülüb. Onu narkotik istifadəçilərinin öldürdüyü ehtimal edilir. Osman Aslan ard-arda bədbəxtlik yaşadıqları məhəllədən başqa məhəlləyə köçüb. Osman Aslan başqa qadınla münasibət quraraq ailəsindən uzaqlaşıb. Bunu görən qızı, 13 yaşlı Nazlıcan “mən atamı geri gətirəcəyəm” deyərək intihar edib. Osman Aslan qızının cənazəsinə qatıldıqdan sonra bir daha o evə dönməyib. Ailədəki uşaqların vəziyyəti daha da pisləşib, övladlardan biri ruhi xəstəxanaya yerləşdirilib, digəri isə xuliqanlığa görə həbsə atılıb. Başına gələnləri DHA-na danışan O.Aslan ailə faciələrinə görə əvvəlki həyat yoldaşını günahkar sayır. O.Aslan gənc yaşlarından ticarətlə məşğul olduğunu, yaxşı pul qazandığını, əmisi qızı üzündən ailə düzəninin pozulduğunu, evindən soyuduğunu deyib: “İşim vardı, pul qazanırdım. Yoxsa mənim nə işim vardı, ayranla, küftəylə. İndi gecə ayran, küftə hazırlayıram, səhər satım. Yenə də halal yaşayıram. Öz zəhmətimlə. Məni çox aldatdılar. İnsanlara inamım qalmadı. İnsanlardan çox xəyanət gördüm. İlanlarla dostluğa başladım”, söyləyən O.Aslan deyib ki, yaşadıqları azmış kimi bəzilərinin xəbərçiliyi üzündən polis onu “heyvanlara əziyyət vermək” suçundan həbs edəcəyi ilə hədələyir. Mən ilanlara əziyyət etmirdim. Onlara hər gün ciyər yedirirdim, qoynumda bəsləyirdim. Amma polis təhdid edəndən sonra onları toplayıb apardım çəmənliyə, hamısını buraxdım, azad etdim”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol