"Bloomberg" agentliyinin açıqladığı reytinqə əsasən, ilin əvvəlindən bəri sərvətini ən çox artıran milyarder Michael Dell olub. Dell Technologies şirkətinin qurucusunun sərvəti 77,2 milyard dollar artaraq 217,2 milyard dollara yüksəlib.
Siyahıda ikinci yerdə 64,2 milyard dollarlıq artımla Elon Mask qərarlaşıb. Onun ümumi sərvəti 683,6 milyard dollara çatıb. İlk üçlüyü isə sərvətini 45,7 milyard dollar artıran Giancarlo Devasini tamamlayır.
İlk onluqda həmçinin Jeff Bezos, Larry Page, Sergey Brin, Zhang Yiming, Gautam Adani, Thomas Peterffy və Jeffery Steven Yass yer alıblar. Geosiyasi dalğalanmalara baxmayaraq, bu milyarderlər ilin ilk aylarında sərvətlərini əhəmiyyətli dərəcədə artırmağa nail olublar.