
İndiki vəziyyətdə Ukraynanın NATO-ya üzv olması çətin məsələdir
İndiki vəziyyətdə Ukraynanın NATO-ya üzv olması çətin məsələdir
Yusif Nəzərli
01:30 04.10.2022
Dünya
569
Bunun üçün 30 ölkənin konsensusu, yəni razılığı olmalıdır
"Ukraynanın NATO-ya qəbulu ilə bağlı qərarı Alyans üzvləri verəcək". Bunu NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın təşkilata üzvlük müraciəti ilə bağlı deyib. Stoltenberq deyib ki, qərar konsensus əsasında veriləcək. Ukraynanın bloka sürətləndirilmiş qəbulu ilə bağlı qərarı Alyansa üzv 30 ölkə qərar verəcək: "Hər bir ölkə üzv olmaq üçün müraciət etmək hüququna malikdir və NATO-nun qapıları açıqdır. Madriddəki müttəfiqlər açıq şəkildə dedilər ki, biz Ukraynanın hüququnu dəstəkləyirik...
Bundan sonra qərar bütün 30 üzv tərəfindən qəbul edilməlidir”. Xatırladaq ki, Ukrayna Prezidenti V.Zelenski ötən gün bildirib ki, Kiyev sürətləndirilmiş əsaslarla NATO-ya üzv olmaq üçün müraciət edib. Onun sözlərinə görə, Ukrayna Şimali Atlantika Alyansının standartlarına uyğunluğunu sübut edib. Kremlin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Moskva Ukraynanın NATO-ya daxil olmaq cəhdi ətrafında vəziyyəti diqqətlə izləyir. O xatırladıb ki, məhz Kiyevin alyans üzvlüyünə istiqamətlənməsi və “Ukraynanın NATO-da gələcək üzvlüyünün təsdiqi” xüsusi əməliyyatın səbəblərindən biri olub.

Politoloq Əhəd Məmmədli "Şərq"ə bildirib ki, NATO-nun əsasnaməsində xüsusi maddə var. Analitik bildirib ki, hərbi blokun nizamnaməsində təşkilata heç bir ölkə ilə konfliktdə olmayan, müharibə aparmayan ölkələr daxil ola bilər:
"Rusiya ilə savaşan Ukraynanın indiki vəziyyətdə Alyans üzvü olmasından söhbət getmir. 30 ölkənin konsensusu, yəni razılığı olmalıdır. Əgər hansısa bir ölkə Ukraynanın NATO üzvlüyünə veto qoysa, bununla məsələ bitir. Məsələ isə ondadır ki, 30 dövlətin hamısı birmənalı Ukraynanın hərbi bloka üzv olmasını istəmir. Polşa, Macarıstan, Çexiya, Fransa, İtaliya və s. ölkələrin Rusiya ilə münasibətləri, qaz ticarəti və digər əlaqələr var.
Avropa lideri qış aylarında donma təhlükəsi ilə üz-üzə qalmaq istəmirlər və bunu açıq bəyan edirlər. Ona görə də qurumdan yekdil razılıq çıxması qeyri-mümkündür. Peskovun "prosesi diqqətlə izləyirik" ifadəsi də NATO ölkələrinə ciddi mesaj və xəbərdarlıqdır. Əslində NATO baş katibi də Ukrayna Prezidenti Zelenskiyə qeyri-rəsmi də olsa konkret cavabını verib. İndiki məqamda Zelenskinin yenidən təşkilata üzvlüklə bağlı müraciəti sırf daxili auditoriyaya hesablanıb.
Müraciətin Putinin Ukrayna torpaqlarını Rusiyaya birləşdirmək qərarı ilə eyni vaxta təsadüf etməsi də bunu göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi