İrakli Kobaxidze Gürcüstanın yeni Baş naziri seçilib
19:01 08.02.2024
Dünya
456
Gürcüstan parlamenti hakim "Gürcü Arzusu" partiyasının baş nazirliyə namizədi İrakli Kobaxidzenin rəhbərlik etdiyi hökumətə etimad göstərib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, İrakli Kobaxidze bu gün parlamentin plenar sessiyasında hökumət proqramını deputatlara təqdim edib. Daha sonra yeni hökumətə etimad səsverməsi keçirilib. 105 parlament üzvünün qeydiyyatdan keçdiyi səsvermədə 84 deputat lehinə, 10 deputat isə əleyhinə səs verib.
Gürcüstan qanunvericiliyinə görə, parlamentin hökumətə etimad göstərməsi üçün 76 deputatın dəstəyi kifayət edir.
Qeyd edək ki, nazirlər kabinetinin tərkibində yeganə dəyişiklik müdafiə naziri Cuanşer Burçuladzenin İrakli Çikovani ilə əvəzlənməsidir. İrakli Kobaxidze daha əvvəl açıqlamasında sabiq müdafiə nazirinin öz istəyi ilə vəzifəsindən ayrıldığını və başqa sahəyə yönəlmək istədiyini bildirib. Kabinetin digər nazirləri öz vəzifələrində qalıblar.
Xatırladaq ki, Gücüstanın Baş naziri İrakli Qaribaşvili yanvarın 29-da istefa verib. O, hakim partiyanın sədri təyin olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya