İsveçrənin Bürgenştok şəhərində keçirilən dördtərəfli məsləhətləşmələrdən sonra dörd işçi qrupunun yaradılması barədə razılaşma əldə edilib.
Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi məlumat verib.
O bildirib ki, sanksiyaların ləğvi, nüvə tənzimlənməsi, bərpa və iqtisadi inkişaf, monitorinq məsələlərini həlli üçün qruplar yaradılıb.
Qeyd edək ki, iyunun 21də Bürgenştokda Qətər və Pakistanın vasitəçiliyi ilə anlaşma memorandumunun icrası ilə bağlı ABŞ-İran danışıqları keçirilib. Pakistan və Qətərin danışıqların birinci mərhələsindən sonra yaydığı birgə bəyanatda vurğulanıb ki, İran və ABŞ nümayəndələrinin iştirak etdiyi görüş müsbət və konstruktiv atmosferdə baş tutub, gələcək texniki danışıqlar üçün təməlin yaradılması da daxil olmaqla, ümidverici irəliləyiş əldə edilib.