İran “nəfəsini dərdi”- “Yaxın Şərqə nəzarət etmək istəyir"
Banuçiçək Kalbalıyeva
16:07 01.03.2021
Dünya
699
“Vaxtı ilə ABŞ-la nüvə sazişinin imzalanması rəsmi Tehran üçün “nəfəslik” oldu”
“İndi isə vəziyyəti yenidən ağırlaşıb. ABŞ və İran qarşılıqlı dialoqlarda qeyri-səmimidir”
“Rəsmi Vaşinqton sanksiyalarında israrlıdır. Cənub qonşumuz isə hər vəchlə özünün uran ehtiyatını artıracaq”
“İran hər il terrorun dəstəklənməsi üçün, Yaxın Şərqdə 7 milyard dollardan çox vəsait xərcləyir:
Bəşər Əsəd rejiminə dəstək — $4 milyard 2. Hizbullah (Livan) — $1 milyard 3. Şiə döyüşçülər (İraq) — $100-lərlə milyon 3. İslamı Cihad (Fələstin) — $70 milyon 4. Həmas (Fələstin) — $50 milyon 5. Husilər (Yəmən) — $10-larla milyon. Bundan başqa, İran bəzi kürd terror təşkilatlarını dəstəkləyir və yaxud fəaliyyətinə şərait yaradır. Öz gözündə tiri görməyən qonşumuz ...”.
Bu sözləri siyasi analitik Turab Rzayev özünün “Facebook” hesabında yazıb. O, yaydığı statistik məlumatlarla özünü dost kimi təqdim edən, əslində isə “saman altından su yeridən” İranı ifşa edib. Görünür, rəsmi Tehran sadəcə danışmağı, bəyanat verməyi bilir.
Ekspert İranın spesifik siyasəti barədə daha ətraflı “Sherg.az”a danışdı:
“Bu ölkənin dövlət quruluşu SSRİ-ni xatırladır. SSRİ bütün dünyanı kommunist edəcəyini deyirdi. İranda isə İslam inqilabı olur. Bu dövlət din vasitəsilə bütün Yaxın Şərqə nəzarət etmək istəyir.
Cənub qonşumuzda iqtisadi fəlakət hökm sürsə də, vaxtı ilə ABŞ-la nüvə sazişinin imzalanması onun üçün “nəfəslik” oldu. İndi isə vəziyyəti yenidən ağırlaşıb. ABŞ və İran qarşılıqlı dialoqlarda qeyri-səmimidir.
Müzakirələrə rəğmən, ABŞ sanksiyalarında israrlıdır. İran isə hər vəchlə özünün uran ehtiyatını artıracaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm