Son xəbərlər

Azərbaycan nümayəndələri müzakirə üçün Ermənistandadır - YENİLƏNDİ

Dəyirmi masada iştirak edəcək Azərbaycan nümayəndə heyətinin üzvləri Ermənistana səfər ediblər.

Teleqraf xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Azərbaycan nümayəndələri Ermənistana sərhədinin demarkasiya olunmuş hissəsindən keçiblər.

***

10:31

"Sülh körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə noyabrın 26–27-də Ermənistanda geniştərkibli ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək.

Teleqraf xəbər verir ki, müzakirələr 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyini, Azərbaycan- Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılmasına yönəlmiş təşəbbüsləri, iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsi tədbirlərini, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın, ticarətin və bağlantı marşrutlarının yaradılması imkanlarını, humanitar məsələləri, gənclərlə işi və təhsil sahəsini əhatə edəcək.

Həmçinin iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq.

Qalereya