Son xəbərlər

ABŞ federal məhkəməsi Trampın yeni sərəncamlarının icrasını dayandırıb

ABŞ federal məhkəməsi Prezident Donald Trampın doğuşdan vətəndaşlığı məhdudlaşdırmağı nəzərdə tutan yeni sərəncamlarının icrasını dayandırıb.

Sherg.az-ın məlumatına görə, Vaşinqtondakı Federal Dairə Məhkəməsinin hakimi Kristofer Kuper bildirib ki, prezident ABŞ ərazisində doğulan və ölkə qanunlarına tabe olan uşaqlar üçün doğuşdan vətəndaşlıq hüququna yeni istisnalar tətbiq edə bilməz.

Qərar Trampın doğuşdan vətəndaşlığın əhatə dairəsini daraltmaq və “doğuş turizmi”ni məhdudlaşdırmaq məqsədilə imzaladığı sərəncamların icrasına mane olur. Tramp bu sərəncamları 6 avqustda imzalamışdı.