İran qısa müddətdə parçalana bilər
Yusif Nəzərli
05:36 02.12.2022
Dünya
678
Fars hökuməti 40 milyon azərbaycanlı faktorunu heç vaxt unutmamalıdır
"Əslində İran-Ermənistan münasibətləri hər zaman gündəmdə idi. İki ölkə arasında bütün dövrlərdə sıx diplomatik-iqtisadi və hərbi əməkdaşlıq mövcud olub. Ancaq 44 günlük İkinci Qarabağ müharibəsindən və torpaqlarımızın işğaldan azad edilməsindən sonra İran rəsmilərinin və mediasının Azərbaycana qarşı açıq-aşkar düşmənçiliyi xüsusilə müşahidə edilməkdədir".
Bu sözləri "Şərq"ə açıqlamasında Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib. Ekspert bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, torpaqlarını düşmən güclərdən təmizləməsi Ermənistanla yanaşı onlara dost deyənləri də təşvişə saldı:
"Ələlxüsus, İran hökuməti öz narahatlığı ilə ilk yerləri tutdu.
İlk vaxtlar üzdə nə qədər "Azərbaycan bizim dostumuzdur" desələr də, sonradan iç üzləri ifşa oldu. İranın sərhəddə üç dəfə hərbi təlim keçirməsi, Qafanda konsulluq açması, "Ermənistan bizim qırmızı cizgimizdir" sərsəmləməsi, Zəngəzur dəhlizi ilə bağlı absurd bəyanatlar Tehran rejiminin əsl mahiyyətini ortaya qoydu. Sirr deyil ki, İranı narahat edən əsas məqam Azərbaycanın müharibədən qalib dövlət kimi çıxaraq daha da güclənməsi, regionda və dünyada söz sahibi olması, eyni zamanda qardaş Türkiyə ilə birgə hərəkət etməsidir.
Məğlub və zəif Ermənistan bizim üçün risk olmaqdan çıxıb. İstənilən an ermənilərin dərsini verməyə hazır qüdrətli ordumuz var. İndi İran kimi türk birliyinə düşmən olan daha ciddi və fərqli qüvvələrlə üz-üzəyik".
Ə.Şahidov vurğulayıb ki, əgər Tehran hökuməti öz ölkəsinin və xalqının gələcəyini düşünürsə, daha ehtiyatlı, təmkinli davranmalıdır: "Azərbaycan təhdid olunacaq, qorxudulacaq ölkə deyil. İran hökuməti Güney Azərbaycanda 40 milyon azərbaycanlı faktorunu heç vaxt unutmamalıdır. Hazırda Qərbin ağır sanksiyalarına məruz qalmış, dünyadan təcrid olunmuş İran öz qonşuları, ələlxüsus Azərbaycan və Türkiyə ilə daha sıx təmaslar qurmalıdır. Əks halda İranı fəlakətlər gözləyir. Bu gedişlə İranın qısa müddətdə parçalanması reallaşa bilər. Ümid edirik, İran diplomatiyası ağıllı davranmağı bacaracaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb
22:53 28.05.2026
Siyasət
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
22:36 28.05.2026
Gündəm
Qafar Çaxmaqlı: Köçəryanın Paşinyan qarşısında şansı yoxdur
22:21 28.05.2026
Cənubi Qafqaz
Netanyahu orduya Qəzza zolağının 70%-nə nəzarət etməyi əmr verdi
20:59 28.05.2026
Dünya
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
20:38 28.05.2026
Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
20:02 28.05.2026
Cəmiyyət
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
19:46 28.05.2026
İqtisadiyyat
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı
19:16 28.05.2026
Dünya
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya