Ermənistan və İran arasındakı münasibətlər bu il təkcə yüksək dinamikasını qoruyub saxlamayıb, həm də daha dərin və strateji əsasda irəliləyir.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın İrandakı səfiri Qriqor Akopyan “Təsnim” agentliyinə müsahibəsində deyib.
əfirin sözlərinə görə, iki xalqı tarixi əlaqələr birləşdirir və bu əlaqələr bu gün bir çox sahələri əhatə edən dinamik və qarşılıqlı faydalı əməkdaşlığa çevrilib:
“Bu münasibətlər situasiyaya görə deyil, aydın strateji baxışla inkişaf edir. Baş nazir Paşinyan və Prezident Pezeşkianın bu ilin avqust ayında İrəvanda qeyd etdikləri kimi, ölkələrimiz arasında münasibətlər strateji xarakter daşımalıdır. Artıq strateji xarakter daşıyan bu münasibətlərin yaxın gələcəkdə hüquqi əsas əldə edəcəyinə və əməkdaşlığın inkişafı üçün yeni üfüqlər müəyyən edəcəyinə ümid edirəm”.
Əminəm ki, iri nəqliyyat və enerji layihələri də daxil olmaqla, birgə təşəbbüslər ölkələrimiz arasında əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldıracaq. Ermənistan-İran münasibətləri nəinki yüksək dinamikasını qoruyub saxlayıb, həm də daha dərin və daha strateji əsasda irəliləyir”.