İran yardım adı altında Suriyaya silah göndərib
Yusif Nəzərli
15:12 12.04.2023
Dünya
683
İran hakimiyyəti Suriyadakı zəlzələ qurbanlarına humanitar yardım aparan təyyarələrdən hərbi texnika göndərmək üçün istifadə edib.
Məlumata görə, fevralın 6-da baş verən zəlzələdən sonra bir neçə yüz İran təyyarəsi Suriyanın Dəməşq, Latakiya və Hələb hava limanlarına enib. Onlar humanitar yardım adı altında Suriyanın hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsi üçün lazım olan qabaqcıl rabitə avadanlığı, radar batareyaları və ehtiyat hissələrini daşıyıblar.
İsrail Müdafiə Nazirliyindəki mənbə bildirib ki, yəhudi dövlətinin hakimiyyət orqanları İranın hərbi texnikasının Suriyaya ötürülməsindən xəbərdar olub və bir qayda olaraq, hissə-hissə daşınıb.
Onun sözlərinə görə, yük əsasən Hələb hava limanına çatdırılıb. İsrail iki İran yük təyyarəsi oraya endikdən bir neçə saat sonra onu vurub.
Suriya Silahlı Qüvvələrinin zabiti də məlumatı təsdiqləyib:
“Zəlzələ lazımi şərait yaradıb. Sonrakı xaos İran təyyarələrinin maneəsiz Suriya hava limanlarında enişinə imkan verib”.
O, həmçinin qeyd edib ki, İsrailin Ərəb Respublikası ərazisinə zərbələrinin tezliyi son aylarda məhz yəhudi dövlətinin hakimiyyət orqanlarının silah tədarükündən xəbər tutması səbəbindən xeyli artıb.
Mənbə: TASS
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya