İranda aksiyalar səngimir: “Xameneiyə ölüm!”, “Qələbə bizimlədir!”, “Azadlıq!” - İCMAL + FOTO
Yusif Nəzərli
15:58 16.12.2022
Dünya
449
İranda əhalinin etiraz aksiyaları səngimir.
“Report” xəbər verir ki, ölkənin Yəzd, Sənəndəc, Təbriz, Həmədan, Tehran və bir sıra şəhərlərində etiraz aksiyaları davam edib.
Etirazlarda “Biz yarandıq külümüzdən, meşə yaranacaq bizdən”, “Edama yox”, “Bu torpaqdan qan iyi gəlir”, “Xameiyə ölüm!”, “Qələbə bizimlədir! “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!” və digər şüarlar səsləndirilib.
Etirazçılar ETTELAAT Nazirliyinin nəzarət-müşahidə kameralarını yandıraraq məhv ediblər.
Sosial şəbəkələrdə “Bank hesabından pul çıxart, Xamenei təriqətinin iqtisadi arteriyasını kəs” kampaniyasına start verilib. Kampaniyaya qoşulanlar banklara qoyduğu “müddətli əmanətlərini” çıxarmağa başlayıblar. Onlar iddia edilər ki, çoxlu sayda müştərinin eyni vaxtda əmanət tələb etməsi bank sistemini çox ciddi problem və kredit çatışmazlığı ilə qarşı-qarşıya qoyacaq.
Tehran əyalətinin Pakdəşt şəhərində azadlıqsevərlər hökumət mollasının əmmaməsini başından vurub salıblar.
Həfthouz meydanı yaxınlığında hökumətin etirazçıları edam etməsinə qarşı aksiya keçirilib. Aksiya iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirirlər: “İslam hökumətinə, diktatora və zalım rejimə ölüm olsun!” “And olsun dostlarımızın qanına, sona qədər mübarizə aparacağıq!
Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində Məhkəmə-Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbati dekabrın 13-də 5 nəfərin “İsrailə casusluq” ittihamı ilə mühakimə olunduqlarını bildirib.
Fars əyalətinin Yəzd şəhərində ETTELAAT Nazirliyinin nəzarət kamerası etirazçılar tərəfindən yandırılıb. Bələdiyyə və onun bölgələrində və tabeliyindəki təşkilatların işçiləri bələdiyyə sədri və Şəhər Şurası tərəfindən işçilərin maaş və müavinətlərinin səbəbindən kollektiv tətil keçirirlər.
Mazandaran əyalətində azadlıq yolunda verilən qurbanların qisasını almaq üçün Xameneinin nümayəndəsinin Babolsər şəhərindəki ofisi etirazçılar tərəfindən yandırılıb.
Sosial şəbəkələrdə hökumətin həbs olunmuş etirazçıları “Domino süd məhsulları” şirkətinin yük maşınları ilə ucqar bölgələrə daşığını əks etdirən videogörüntülər yayılıb.
Qeyd edək ki, “Domino” şirkətinin SRPAH-ın tam nəzarəti altında olan şirkətlərdən olduğu deyilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya
Çin və ABŞ arasında 30 milyard dollarlıq razılaşma
16:50 28.05.2026
Dünya
Zaxarova: İrəvan Rusiya əleyhinə kampaniyanı alqışlayır
16:42 28.05.2026
Region
İsrail Müdafiə Ordusu Livana zərbə endirdiyini bildirib
16:33 28.05.2026
Dünya
Bakıda və bölgələrdə külək güclənəcək
16:25 28.05.2026
Ekologiya
Neymar Braziliya millisinin məşqini buraxıb
16:16 28.05.2026
Futbol
SEPAH: Son sutkada Hörmüz boğazından 26 gəmi keçib
16:08 28.05.2026
Region
“Sabah” kapitanı ilə vidalaşdı
15:59 28.05.2026
Futbol
Sabah gecədən intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:50 28.05.2026
Ekologiya
Peter Pelleqrini İlham Əliyevi təbrik edib
15:20 28.05.2026
Rəsmi
İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir
15:07 28.05.2026
Rəsmi