
“...İrandakı etiraz dalğası səngiyəcək”
Yusif Nəzərli
14:26 13.10.2022
Dünya
900
İranda etirazlar davam edir. Oktyabrın 12-də Saqqız şəhəri etirazçıların nəzarətinə keçib. Yayılan görüntülərdə əhalinin şəhərin küçələrində toplaşdığı, müxtəlif şüarlar səsləndirdiyi əks olunub. Ayın 13-də isə Qonbəd Kavus şəhərinə toplaşan molla rejimindən narazı etirazçılar “top, tüfəng, tank ola, molla gərək rədd ola” şüarı səsləndiriblər.

Hərbi-siyasi ekpert Həşim Səhrablı İrandakı etirazlarla bağlı “Sherg.az”a danışarkən bildirib ki, sözügedən etirazlar vahid mərkəzdən idarə edilmədiyi və öncədən planlaşdırılmış şəkildə başlamadığı üçün ilk günlərdə çox effektsiz görünürdü.Qərb dairələri də etirazların geniş vüsət alacağını da gözləmirdi. Sonrakı günlərdə isə İran xalqı geri çəkilmədi, etirazların dairəsini daha da genişləndirdi:
“ Bundan sonra görürük ki, Qərb dövlətləri, həm də Qərbdəki transmilli şirkətlər ( əsasən də internet və sosial media şirkətləri) "Ərəb baharı”nda etdiklərini təkrarladılar. İrandakı kimi o zaman da, rejimin atdığı ilk addımlardan biri insanların toplaşmasının qarşısını almaq üçün onların əlaqə vasitələrini kəsmək olub.
Məhz “Ərəb baharı”nda da Avropa dövlətləri, transmilli şirkətlər ərəb xalqlarının internetini bərpa etməklə onlara təşkilatlanmaqda dəstək veriblər. İrana da belə dəstəklər verildi. Bundan sonra biz etirazların həcmində artım baş verdiyini, xalqın ruhlandığını gördük”.
Ekspertin sözlərinə görə, hazırda İrandakı proseslərdə rejimin dəyişməsini, etirazçıların öz məqsədlərinə çatmasını gözləmək bir qədər sadəlövhlük olar:
“Çünki bu ölkədə güc strukturlarının bölgüsü fərqlidir. Burda fərqli güc qrupları var. Ordu içində müxtəlif qruplaşmalar mövcuddur. Xalq bir qrupu razı salıb, başqa birini məğlub etsə, yenə də başqa biri ilə üz-üzə gələcək. Ona görə orda etirazçılar mövcud rejimi asanlıqla məğlub edə bilməyəcək.
Digər tərəfdən düşünürəm ki, Avropadan etirazçılara həm iqtisadi, həm də hərbi avadanlıqlarla dəstək verilərsə, bu zaman İranda ciddi dəyişikliklər ola bilər. İndiki məqamda isə mövcud rejim etirazçıların bəzi istəklərini yerinə yetirməklə onları ram etməyə çalışır.
Beləcə narazı kütlənin bir hissəsinin qəlbinə yol tapır. Proses bu şəkildə davam edərsə, növbəti günlərdə etiraz dalğalarında ciddi azalmanın şahidi olacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil