İordaniya ordusunun hava hücumundan müdafiə sistemləri səhər saatlarında İrandan buraxılan və ölkə ərazisini hədəf alan beş raketi aşkarlayaraq havada məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələri məlumat yayıb.
Hücum nəticəsində insan tələfatı qeydə alınmayıb.
Bildirilib ki, İordaniya Silahlı Qüvvələri krallığın hava məkanının qorunması, təhlükəsizlik və suverenliyinin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
“Ordunun bölmələri ən yüksək döyüş hazırlığı vəziyyətində saxlanılır və ölkənin təhlükəsizliyi ilə vətəndaşların həyatını təhdid edən istənilən təhlükəyə qətiyyətlə cavab veriləcək”, - İordaniya ordusu vurğulayıb.