İrəvan Moskvaya maliyyə təminatı kimi yanaşır - Zaxarova

Ermənistan Rusiya ilə münasibətləri Avropa yoluna yönəlmənin maliyyə təminatı üçün bir vasitə kimi qəbul edir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Getdikcə belə bir fikir yaranır ki, Ermənistan rəhbərliyi Moskva ilə münasibətlərə Avropaya inteqrasiya siyasətini maliyyələşdirmək üçün istifadə olunan taktiki vasitə kimi yanaşır”, - o bildirib.