İspaniyada sakinlərə pul paylanacaq
Yusif Nəzərli
12:40 19.10.2021
Dünya
656
İspaniyanın Santander şəhər rəhbərliyi sakinlərin eko-nəqliyyata keçməsini sürətləndirmək və bunu maliyyələşdirmək üçün qərar qəbul edib. Belə ki, hökumət elektrovelosiped ala bilmələri üçün sakinlərə 350 avro pul verəcək.
Yeni təşəbbüs üçün hökumət 75 min avro ayıracaq – bu, 215 elektrikli velosiped almaq üçün kifayətdir. İdarə ümid edir ki, bu tədbir sakinləri planet üçün təhlükəsiz nəqliyyat seçiminə sövq edəcək və şəhər mühitini piyadalar və velosipedçilər üçün daha rahat edəcək.
Proqrama ən az altı ay rəsmi olaraq Santanderdə yaşayan 18 yaşdan yuxarı şəxslər müraciət edə biləcəklər. Elektrikli nəqliyyatları yalnız yerli mağazalarda satın almaq mümkündür. Hökumət bu şəkildə şəhər sahibkarlarını dəstəkləmək istəyir.
Bundan əlavə, şəhər pulsuz velosiped təmiri üçün kiçik stansiyalarla təchiz ediləcək.
Mənbə: Lenta.ru
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol