
İsrail kabinetində çatlaq: Qəzza atəşkəsi yenə uğursuz olacaq?
12:08 30.05.2025
Dünya
417
“HƏMAS ABŞ-nin dəstəklədiyi yeni atəşkəs təklifinin onun tələblərinə cavab vermədiyini bəyan etdikdən sonra Qəzza zolağında tam gücdən istifadə edilməlidir”. Bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. Ben-Qvir İsrail Baş naziri Benyamin Netanyahuya müraciət edərək bildirib: “HƏMAS təklif olunan razılaşmanı bir daha rədd etdikdən sonra, artıq heç bir bəhanə qalmayıb. Çaşqınlıq, xaos və zəifliyə son qoyulmalıdır. Biz artıq çoxlu imkanları əldən vermişik. HƏMAS-ı son üzvünə qədər məhv etmək və darmadağın etmək üçün tərəddüd etmədən tam güclə (Qəzzaya) daxil olmağın vaxtı çatıb”.
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin bu çağırışı, regionda sülhə deyil, daha böyük toqquşmalara yol açacaq riskli və radikal yanaşmadır. HƏMAS-ın ABŞ dəstəkli atəşkəs planına skeptik yanaşması anlaşılmaz deyil. Çünki planın birtərəfli maraqları əks etdirdiyi təəssüratı yaranır. Lakin bu vəziyyət danışıqlardan tam imtina edib hərbi gücə yönəlmək üçün əsas ola bilməz. Ben-Qvirin “tam güclə daxil olmaq” çağırışı əslində minlərlə mülki insanın həyatını təhlükəyə atmaq deməkdir və bu, nə İsrailin, nə də Fələstinin uzunmüddətli təhlükəsizliyinə xidmət edir.
Politoloq Sultan Zahidov Sherg.az-a bildirib ki, Bu atəşkəs təklifi Donald Tramp, həmçinin vasitəçi ölkələr – Misir və Qətər tərəfindən təminat altına alınıb:

“Atəşkəs planı ilə bağlı ABŞ rəsmisi Stiv Vitkof ictimaiyyətə geniş məlumat verərək bildirib ki, plan ilkin mərhələdə 60 günlük atəşkəsi nəzərdə tutur. Bu mərhələdə Həmas tərəfindən saxlanılan 28 israilli əsirin geri qaytarılması və qarşılığında İsrailin nəzarətində olan təxminən 1200 fələstinli məhbusun azad edilməsi planlaşdırılır. Daha sonra İsrail ordusunun Qəzza zolağından mərhələli şəkildə çıxması və qüvvələrin yerini dəyişməsi gözlənilir. Eyni zamanda Qəzzaya humanitar yardımların çatdırılması nəzərdə tutulur. 60 günlük ilkin atəşkəsdən sonra daimi atəşkəsin əldə olunması üçün razılaşma mərhələsinə keçiləcək. Əgər bu müddət ərzində tərəflər arasında daimi atəşkəs razılaşdırılmazsa, o zaman 60 günlük atəşkəs müddəti uzadıla bilər. Qeyd etmək lazımdır ki, bu atəşkəs planı İsrail tərəfindən qəbul edilib. Lakin Həmas məsələyə hələlik skeptik yanaşır. Həmas nümayəndəsi bu gün bildirib ki, təqdim edilən atəşkəs planı əsasən İsrailin maraqlarını qoruyur. Çünki sənəddə İsrailin Qəzzanı tamamilə tərk etməsi ilə bağlı konkret müddəa yer almır. Planda sadəcə olaraq İsrailin hərbi əməliyyatları dayandıracağı qeyd olunur, lakin tam şəkildə Qəzzadan ordunun çıxarılmasına dair aydın öhdəlik yoxdur. Bu isə Həmas üçün qəbuledilməz məqamdır. Buna görə də atəşkəsin əldə olunması ehtimalı Həmasın qərarından asılı olacaq. Donald Tramp bu plana müsbət yanaşır və təklifi ümidverici adlandırıb. Həmas isə sənədi diqqətlə təhlil edəcəklərini və sonra rəsmi mövqe bildirəcəklərini deyiblər. Digər tərəfdən, İsrail hökumətindəki ən radikal fiqurlardan biri sayılan İtamar Ben-Qvir bu cür atəşkəs təşəbbüslərinə qarşı çıxır. O, hər zaman Qəzzaya qarşı tam müharibəni və Həmasın dağıdılması tərəfdarı olub. Qeyd etmək lazımdır ki, 2025-ci ilin yanvarında Donald Trampun vasitəçiliyi ilə əldə olunan ilk atəşkəs zamanı Ben-Qvir buna etiraz olaraq vəzifəsindən istefa verdi. Reallıq isə ondan ibarətdir ki, əgər Həmas bu atəşkəs planına müsbət yanaşmasa, bu, İsrail üçün yeni hərbi əməliyyatlara başlamaq üçün bəhanəyə çevrilə bilər. Beləliklə, Yaxın və Orta Şərqdə münaqişənin daha da dərinləşməsi və bölgədə eskalasiyanın artması riski mövcuddur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya
23:13 29.07.2026
Media
Əhməd Davudoğlu siyasətdən getdiyini açıqlayıb
22:34 29.07.2026
Gündəm
"Lobbilər ABŞ-Türkiyə münasibətlərini hədəfə alıb" - Ali Satan
21:33 29.07.2026
Gündəm
İran Ukraynaya cavab versə, böyük diplomatik səhv olar - Politoloq
21:18 29.07.2026
Gündəm
Qazaxıstan və ABŞ strateji tərəfdaşlığı müzakirə edib
21:05 29.07.2026
Dünya
Ukrayna Rusiya ərazilərinə bu yolla zərbələr endirib - FT
20:53 29.07.2026
Dünya
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya