İsrail mediası İranın planlarını ifşa edib
Yusif Nəzərli
11:17 13.04.2023
Dünya
541
İranın İsrailə qarşı planları arasında qonşu ölkələrdə yəhudi dövləti ilə mümkün müharibəyə hazırlıq, habelə həmin qonşuların ərazisinə terrorun yeridilməsi də var.
“Report” “İran İnternational”a istinadən xəbər verir ki, bu barədə “Maariv” qəzeti İranın İsrailə qarşı açıqladığı planların təfərrüatlarında bildirib.
Nəşr İranın İsrailə qarşı təhdidlərinə toxunaraq ölkənin təhlükəsizliyi ilə bağlı Tehranın yəhudi dövlətinin sərhədləri daxilində və xaricində planlarının təfərrüatlarını dərc edib.
“Maariv” İsrail ordusunun kəşfiyyat bölməsinin İrana aid şöbəsində işləyən dörd zabitlə müsahibə apararaq müxtəlif mövzuları, o cümlədən İran xalqının inqilabi üsyanını, bu ölkənin regional fəaliyyətini, eləcə də Tehranın nüvə proqramının vəziyyətini müzakirə edib. Zabitlər İranda son aylar keçirilən etiraz aksiyalarının təsirinin ən azı ya gələn il, ya da iki ilə görünəcəyini vurğulayıblar.
Müsahibədə İranın İraqdakı rolundan və İslam Respublikasının İsraillə mümkün müharibədə istifadə etmək üçün bu ölkədə yerləşdirdiyi yüzlərlə kamikadze pilotsuz uçuş aparatından bəhs edilib.
“Vala News” xəbər saytı qeyd edib ki, İranın ali lideri Əli Xamənei bir il əvvəl İnqilab Keşikçiləri Qvardiyasının bir sıra rəsmilərinin öldürülməsi və İranın nüvə proqramına görə İsraildən qisas almağa dair qərar verib. İsrail mətbuatının yazdığına görə, bu səbəbdən İslam Respublikası öz terror fəaliyyətlərini İsrail sərhədləri daxilinə sıxışdırmağa çalışır.
İsrail ordusu kəşfiyyatının məlumatına görə, İran hakimiyyəti bunu hələ ki bacarmayıb. Ancaq rəsmi Tehran Livan, Suriya, Qəzza zolağı, İordan çayının qərb sahili və İraqda da daxil olmaqla İsrailə qarşı başqa cəbhələri aktivləşdirməyə və gücləndirməyə çalışır.
Qeyd edək ki, bir müddət əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatının rəhbəri ilə görüşdə demişdi: “İran İsrailin təhlükəsizliyinin təhdidlərinin 95 faizinə görə məsuliyyət daşıyır. Əgər dünya gücləri İranın nüvə silahı əldə etməsinə mane olmasa, bütün dünya girov qalacaq”. O, bundan əvvəl İran Beynəlxalq Televiziyasının “Son söz” proqramına verdiyi eksklüziv müsahibəsində isə bildirmişdi: “İran xalqı, İsrail xalqı və bütün azad dünya xalqlarının ortaq düşməni var: öz vətəndaşlarına işgəncə verən, hökmranlığa can atan İrandakı rejim”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya