İsrail ordusu 20 yaşlı əsgərin öldüyünü açıqladı

Livanın cənubunda baş verən toqquşmalarda İsrail ordusunun bir hərbçisinin öldürüldüyü açıqlanıb.

Sherg.az xəbər verir ki, İsrail ordusunun məlumatına görə, Golani briqadasından 20 yaşlı çavuş Negev Dagan döyüşlər zamanı həyatını itirib.

Məlumata əsasən, “Hizbullah” qüvvələri bölgədə İsrail mövqelərinə raketlərlə hücum etdiklərini bildirib. 2 martdan bəri davam edən əməliyyatlar nəticəsində ölən İsrail əsgərlərinin sayı 19-a çatıb. Buna baxmayaraq, atəşkəs rejiminə baxmayaraq bölgədə qarşılıqlı hücumların davam etdiyi qeyd olunur.