İsrail Prezidenti ölkəsi ilə Almaniya münasibətlərinin 60 illiyi münasibətilə Berlinə səfər edib
Yusif Nəzərli
15:24 12.05.2025
Dünya
281
İsrail Prezidenti İsxak Hersoq İsrail-Almaniya münasibətlərinin 60 illiyi münasibətilə Berlinə səfər edib.
AZƏRTAC xəbər verir ki, Almaniya Prezidentinin iqamətgahında - “Bellevue” sarayında İsrail Prezidentinin rəsmi qarşılanma mərasimi olub.
Dövlət başçılarının birgə mətbuat konfransında Almaniya Prezidenti Frank-Valter Ştaynmayer İsrail ilə Almaniya arasında barışıq və uzlaşmanın daha sabit dövrlər üçün ümidverici olduğunu vurğulayıb: “Bizim tariximiz xüsusilə indiki dövrdə digərlərinə də ümid verməlidir”.
Yaxın Şərqdə gərginliyə də toxunan Almaniya Prezidenti İsrailin terror təhdidi qarşısında özünü müdafiə etməli olduğunu qeyd edərək, Qəzza zolağında humanitar yardımların bərpasının vacibliyini vurğulayıb.
Səfər çərçivəsində hər iki prezident Alman-İsrail gənclik konfransına qatılıblar. İsrail Prezidenti, həmçinin faşist Almaniyası dövründə əsir düşərgələrinə aparılan yəhudilərin xatirəsinə inşa olunan 17-ci Perron abidəsini ziyarət edib.
Mayın 13-də dövlət başçıları birlikdə İsrailə səfər edəcək, diplomatik münasibətlərin qurulmasının 60 illik yubileyi münasibətilə keçiriləcək tədbirlərdə birlikdə iştirak edəcəklər.
Almaniya-İsrail münasibətlərinin tarixində ilk dəfə olaraq prezidentlərin ardıcıl qarşılıqlı səfərinin reallaşdırılması yaxın dostluğun göstəricisi kimi qiymətləndirilir.
İsrail Prezidentinin Almaniyanın Kansleri Fridrix Merts ilə görüşü də nəzərdə tutulub. Baş nazir səfərlə bağlı paylaşımında qeyd edib: “İsrailin mövcudluğu və təhlükəsizliyi bizim dövlət siyasətimizin əsas prinsipidir”.
Xatırladaq ki, İkinci Dünya müharibəsində 6 milyon yəhudinin qətlə yetirildiyi Holokostdan sonra iki ölkə arasında diplomatik münasibətlər 1965-ci il mayın 12-də Baş nazirlər Lüdviq Erhard və Levi Eşkol tərəfindən imzalanan müqavilə ilə qurulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya