
İsrail Qəzzanı işğal edərsə, çətin sonradan könüllü şəkildə oranı tərk etsin -Politoloq
10:33 08.08.2025
Dünya
497
İsrailin təhlükəsizlik kabineti ölkənin Baş naziri Benyamin Netanyahunun Qəzzanı ələ keçirmək planını təsdiq edib. “The Times of Israel” qəzeti xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat verib. Plana əsasən HAMAS-ın tərk-silah edilməsi, bütün girovların azad edilməsi, Qəzzanın demilitarizasiyası, İsrailin Qəzzada təhlükəsizlik nəzarəti qurması və müharibədən sonrakı dövrdə Qəzzada HAMAS-ın və Fələstin hökumətinin daxil olmadığı bir hakimiyyətin qurulması hədəflənir.
Mövzu ilə bağlı politoloq Samir Hümbətov Sherg.az-a açıqlama verib:

"Bu artıq bir plandır. İsrail işi planlı şəkildə aparır. Əsas məqam ondan ibarətdir ki, Baş nazir Netanyahu Qəzzanı işğal edəcəklərini, amma oranı əllərində tutub saxlamayacaqlarını bildirir. Bəyan edir ki, təhlükəsizliyi təmin etdikdən sonra geri çəkiləcəklər və Qəzzanı ərəblərə buraxacaqlar. Lakin bu açıqlama tam inandırıcı səslənmir. Vəziyyət olduqca qarışıqdır. Əgər İsrail Qəzzanı işğal edərsə, çox çətin ki, sonradan könüllü şəkildə oranı tərk etsin. İsrailin əsas arqumenti Qəzzada mövcud olan silahlı qruplaşmaların ölkənin təhlükəsizliyi üçün ciddi təhdid yaratmasıdır. Bu təhdidi aradan qaldırmaq məqsədilə belə bir hərbi əməliyyat planlaşdırılır. Xüsusilə HƏMAS bu təhdidin simvolu kimi təqdim olunur".
Politoloq İsralin Qəzzanı işğal etməsinin çətin olmadığını söyləyib:
"Əgər işğal prosesi başlasa, nə HƏMAS, nə də fələstinlilərin orada qalacağı ehtimalı var. İsrailin Qəzzanı işğal etməsi çətin deyil. Onun hərbi və texnoloji imkanları bu ərazini işğal etmək üçün kifayət qədər güclüdür.
İsrail Qəzzanı ərəblərə buraxmaz. Bunun qarşısını almağın mümkün olub-olmaması isə sual altındadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət